İQTİSADİYYAT


Yasamal rayonunda 11 küçə əsaslı şəkildə təmir edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 kilometr olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonun Əsəd Əhmədov küçəsində 308 saylı tam orta məktəb yolu, Zülfü Adıgözəlov, İbrahim Əbilov, 7-ci Sallaxana, Məhəmməd Xiyabani 211-204, General Həmidov, Süleyman Tağızadə, İsmayıl Talıblı küçələrində və Məhsul stadionundan Talıblı küçəsi 32-ə qədər olan hissədə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlər tam yerinə yetirilib.

Yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılıb.

Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində uzunluğu 15 kilometr olan küçə və yol təmir edilib.

Növbəti ilin investisiya proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Yasamal rayonu ərazisində təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.