CƏMİYYƏT


Yasamal rayonunda ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir

Bakı, 24 yanvar, AZƏRTAC

Bakının Yasamal rayonu, Murtuza Muxtarov, 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə beş ağacın kəsildiyi müəyyən edilib. Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat verən media və ictimaiyyət nümayəndələrinə minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.