CƏMİYYƏT


Yasamal rayonunda aztəminatlı ailələrə Qurban sovqatları paylanılıb

Bakı, 5 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurban bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

AZƏRTAC xəbər verir ki, Yasamal üçüncü seçki dairəsi ərazisində yaşayan 50 aztəminatlı ailə ziyarət edilib, onlara bayram sovqatları çatdırılıb.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə rayon ərazisində yaşayan 300-dən çox ailəyə bayram sovqatları paylanılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.