CƏMİYYƏT


Yasamal rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib

Bakı, 10 iyul, AZƏRTAC 

Yasamal rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binasının birinci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan birotaqlı mənzildə ev əşyaları yanıb. Yüksək temperaturdan kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.