CƏMİYYƏT


Yasamal rayonunda çoxmərtəbəli binada yanğın zamanı dörd nəfər xilas olunub

Bakı, 19 noyabr, AZƏRTAC 

Paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 88 kvadratmetr olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı dörd nəfər xilas olunub və doqquz nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.