CƏMİYYƏT


Yasamal rayonunda cibgirlik edən şəxs saxlanılıb VİDEO

Bakı, 28 yanvar, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən paytaxt sakini Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal RPİ və 29-cu PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb. Onun ətrafında aparılan əməliyyat tədbirləri zamanı paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovun cibindən 1130 manat və daha bir qadının çantasından isə 440 manat oğurladıqları məlum olub.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Polis əməkdaşları E.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və 29-cu PŞ-nə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.