CƏMİYYƏT


Yasamal rayonunda ikimərtəbəli ev yanıb, bir nəfər xəsarət alıb

Bakı, 18 avqust, AZƏRTAC 

Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticədə altı otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.