CƏMİYYƏT


Yasamal rayonunda kompüter oyunları zallarından oğurluq edən şəxs saxlanılıb

Bakı, 20 fevral, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə A.Şərifzadə küçəsindəki kompüter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla müəyyənləşdirilib ki, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş iki gənc kabinetlərdən birini rezerv ediblər. Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər. Saat 17 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlədərək oğurlayan gənclər zaldan qaçıblar. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyənləşdirilib.

Oğurlanmış “playstation” aparatı və disk maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.