CƏMİYYƏT


Yasamal rayonunda mağazadan noutbuk və mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Bakı, 29 aprel, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasının şüşəsinin sındırıldığını, bir noutbukun və iki mobil telefonun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.