CƏMİYYƏT


Yasamal rayonunda məktəblilərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 29 aprel, AZƏRTAC 

Yasamal rayonu ərazisində məktəblilərə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.

Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.

Faktla bağlı 29-cu polis şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin digər cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.