CƏMİYYƏT


Yasamal rayonunda narkomanlıq probleminə dair treninq keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Binəqədi rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçib.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları verilib.

Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.