CƏMİYYƏT


Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər tutulub VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu polis şöbəsinin əməkdaşları rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son üç gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işləri başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.