CƏMİYYƏT


Yasamal rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum edilmiş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Onun Yasamal rayonundakı evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanlardan olan “Tramadol” həbləri, elektron tərəzi və şprislər aşkarlanıb. Aşkarlanan maddi sübutlar ekspertizaya təqdim edilib. Ekspertiza ilə müəyyənləşdirilib ki, M.Əsədovun evindən aşkarlanan heroinin çəkisi 1 kiloqram 141 qramdır.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.