CƏMİYYƏT


Yasamal rayonunda sentyabrda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz dövriyyədən 6 kiloqramdan çox güclü təsiredici narkotik vasitə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən birində - Oruc Həsənovda 5 kiloqramdan artıq heroin aşkarlanıb.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.