CƏMİYYƏT
Yasamal rayonunda tibbi müayinə kampaniyası uğurla başa çatıb
Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi paytaxtın Yasamal rayonunda da əhalinin tibbi müayinə kampaniyası uğurla keçib.
AZƏRTAC-ın rayon icra hakimiyyətindən aldığı məlumata görə, fevralın 15-dən mayın 15-dək davam edən müayinə tədbirləri rayondakı 3,16,19 və 39 nömrəli şəhər poliklinikalarında aparılıb. Həmin müddətdə rayonun 175,7 minə yaxın sakini tibbi müayinədən keçib. Müayinələr nəticəsində 32,4 minə yaxın xəstəyə ambulator müalicə təyin edilib, 1750 nəfər isə stasionar müalicəyə göndərilib və 48 xəstə üzərində cərrahi əməliyyat aparılıb. İlkin mərhələdə aşkar olan xəstəliklər içərisində ürək qan-damar, endokrin sistemi xəstəlikləri, qan və qanyaradıcı orqan xəstəlikləri daha çox üstünlük təşkil edib.
Rayon sakinləri ölkə başçısının onların sağlamlığın yönəldilən bu nəcib təşəbbüsünü böyük minnətdarlıq və razılıq hissi ilə qiymətləndiriblər.