CƏMİYYƏT


Yasamal rayonunda ümumi dəyəri 12 min manat olan beş moped oğurlanıb

Yasamal rayonunda ümumi dəyəri 12 min manat olan beş moped oğurlanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan beş ədəd moped oğurladıqları müəyyənləşdirilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.

Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 26-cı polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.