CƏMİYYƏT
Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı 83 nəfər təxliyə olunub
Bakı, 12 iyun, AZƏRTAC
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, yeddinci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, səkkizinci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 poqonmetr yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı 83 nəfər bina sakini yanğın söndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.