CƏMİYYƏT
Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar qərəzlidir
Bakı, 28 aprel, AZƏRTAC
Yasamal rayonunda yol polisi ilə sürücü̈ arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mercedes” markalı 90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Polisin qanunun tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü̈ saxlanılaraq Yasamal Rayon Polis İdarəsiniṅ 29-cu polis şöbəsinə təhvil verilib.
Bölmə rəisi əlavə edib ki, sürücü̈ qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrüatlarının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib.
Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.