İQTİSADİYYAT
Yasamal rayonundakı yaşayış binaları istiliklə təchiz edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Bakı şəhərinin Yasamal rayonundakı binalar istiliklə təchiz edilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, mərkəzi istilik sisteminə qoşulmuş 274 yaşayış binasından 190-ı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə istiliklə təchiz edilir. Rayonun N.Nərimanov prospekti, 5 ünvanında daşınan karkas tipli qazanxana quraşdırılmış və 4 yaşayış binası istiliklə təmin olunmuşdur. H.Məcidov küçəsi, 5 ünvanında yeni qazanxana tikilmiş, 17 yaşayış binasının məhəllədaxili və paylayıcı istilik xətləri yenidən quraşdırılaraq istifadəyə verilmişdir.
Bundan əlavə, Mətbuat prospekti, 36 ünvanda yeni qazanxanalar tikilmiş, 300 poqonmetr məhəllədaxili istilik xətləri yenisi ilə əvəz edilmiş, 20 yaşayış binasının paylayıcı istilik xətləri əsaslı təmir olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]