CƏMİYYƏT


Yasamal rayonunun Mətbuat prospektində 500-ə yaxın ağac əkilib

Bakı, 28 noyabr, AZƏRTAC 

Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə növbəti ağacəkmə kampaniyası paytaxtın Yasamal rayonunun Mətbuat prospektində keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş aksiyada Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak ediblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən kampaniya çərçivəsində 500-ə yaxın şam və küknar ağacları əkilib. Həmçinin ərazi zibilliklərdən təmizlənib, yeni əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara qulluq göstərilib. Bununla yanaşı, əraziyə münbit torpaq qatı salınıb, bitkilərə mineral gübrələr verilib.

Yasamal rayonu ərazisində aksiyanın dekabrın sonunadək davam etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.