İQTİSADİYYAT


Yasamalda iki küçənin əsaslı təmiri yekunlaşır VİDEO

Bakı, 4 sentyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda “Məhəmməd Xiyabani” və “A Keçidi” küçələrinin əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda “Məhəmməd Xiyabani” küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin “Məhəmməd Xiyabani” və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kvadratmetr sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kubmetr həcmdə qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kubmetrdən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kubmetr həcmdə yol əsası inşa edilib. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənib. Növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli olmaqla küçələrin 26 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.

Səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görülür. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulur, kənarlarına səki daşı düzülür. Asfaltlanma işləri yekunlaşdırıldıqdan sonra küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.