İQTİSADİYYAT


Yasamalda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb

Bakı, 3 noyabr, AZƏRTAC

Bakının Yasamal rayonunda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, yarmarka bu gün səhər saat 09.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, "Space" telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Yarmarkada regionlarda fəaliyyət göstərən kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq məhsul satışa çıxarılıb. Ötən həftə olduğu kimi yenə də qiymətlər bazarlardakı qiymətlərdən 20 faiz ucuzdur.

Səhmdar Cəmiyyətin əsas məqsədi mövsümlə bağlı bazarlarda baş verən süni qiymət artımına qarşı pereventiv tədbirlər görmək, alıcılara daha bol və çeşid baxımından çoxsaylı məhsullar təklif etməklə kənd təsərrüfatı məhsulları ilə təminatın yüksəldilməsidir.

Səhmdar Cəmiyyət Yasamal rayonu ərazisində yaşayan sakinləri istirahət günləri ərzində tədarük-təchizat yarmarkasına dəvət edir.

Paytaxtın digər ərazilərində də satış yarmarkalarının təşkil olunması üçün işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.