CƏMİYYƏT


Yasamaldakı evdə partlayışın səbəbi ehtiyatsızlıq olub

Bakı, 9 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, yanvarın 9-da gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli ikiotaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.