DÜNYA


Yaşamaq üçün dünyanın ən yaxşı şəhəri - Melburn

Bakı, 16 avqust, AZƏRTAC 

Yaşamaq üçün dünyanın ən yaxşı yeri Avstraliyanın Melburn şəhəri seçilib. Bu şəhər Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəridir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu, “The Economist Intelligence Unit” tərəfindən dünyanın 140 şəhəri arasında aparılan araşdırma nəticəsində bəlli olub.

Melburn sabit, təhlükəsiz, sağlam mühit, mədəniyyət və təhsil sahələri də daxil olmaqla mümkün 100 baldan 97,5-ini toplayıb.

Qeyd edək ki, artıq 7 ildir bu şəhər “dünyanın yaşamaq üçün ən yaxşı bölgəsi” seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.