İDMAN


Yaşar Bəşirov: Bu cür yarışların təşkili uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərini gücləndirir

Bakı, 20 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri kütləvi yarışlardan biridir. Şəhidlərimizin xatirə turnirində karateçilərimizin fəal iştirakını xüsusilə vurğulamaq istəyirəm. Onların hər biri turnirdə qalib olmaq üçün böyük səy göstərir. Bu cür yarışların təşkili uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərini gücləndirir. Turnirdə müxtəlif yaş qruplarında 1000-dən artıq idmançı iştirak edir. Yarışın ildən-ilə nüfuzunun artması nəticəsində həm turnirə qatılan xarici komandaların, həm də yarış iştirakçılarının sayı getdikcə çoxalır. Builki turnirdə Azərbaycanla birgə 10 ölkədən komandalar mübarizə aparır. Dünya Karate Federasiyasının qaydalarına uyğun keçirilən turnirin karateçilərimizin ustalıqlarının artmasında, yarış təcrübələrinin zənginləşməsində rolunu da xüsusi qeyd etmək istəyirəm.

Bu fikirləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a müsahibəsində deyib. Azərbaycan karatesinin dünya karate ailəsində böyük hörmət və nüfuza malik olduğunu bildirən Y.Bəşirov ölkəmizdə çox güclü karateçilərin yetişdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan idmançısı Rafael Ağayev dünyanın bir nömrəli karateçisidir. “Karateçilərimiz dünya, Avropa çempionatlarında və digər nüfuzlu yarışlarda yüksək nəticələr qazanıblar. Məqsədimiz gələcəyin olimpiyaçılarını yetişdirməkdir”, - deyə Y.Bəşirov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.