İDMAN


Yaşar Bəşirov Dünya Karate Federasiyasının fəxri medalı ilə təltif edilib

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının (WKF) texniki komitəsinin üzvü Yaşar Bəşirov WKF-in medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirinə qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri Y.Bəşirov yarış çərçivəsində bir sıra görüşlər keçirib.

WKF-in prezidenti Antonio Espinos və turnirin təşkilat komitəsinin rəhbəri, həmçinin WKF-in vitse-prezidenti Nasser Alrazooqi ilə görüşdə Y.Bəşirov təltif olunub.

Görüşlərdə karatenin inkişafı və kütləviliyinin artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.