İDMAN
Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsinin üzvü seçilib
Bakı, 18 may, AZƏRTAC
Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmovun AZƏRTAC-a verdiyi məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqresində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib.
Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də, gələn il Türkiyənin Qaziantep şəhərində təşkil olunacaq böyüklərin qitə çempionatının rəsmi təqdimatı keçirilib. Daha sonra 2020-2021-ci illərin maliyyə hesabatı, 2021-2022-ci illərin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.
EKF prezidenti Antonio Espinos təşkilatın idarəedici orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]