Yaşatmağa davam!
AzerTAg.az
Bakı, 21 yanvar, AZƏRTAC
“YAŞAT” Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.
Həmçinin Fondun 8110 “Çağrı” mərkəzi də fəaliyyət göstərir.





Xəbərin mətnində orfoqrafik səhv var