İQTİSADİYYAT


Yaşayış binalarının inşası tikinti layihəsi üzrə həyata keçirilməlidir

Bakı, 13 dekabr, AZƏRTAC

Yaşayış binalarının inşası normaların və şəhərsalma və tikintiyə dair digər normativ sənədlərin tələblərinə uyğun olan tikinti layihəsi üzrə həyata keçirilməlidir.

AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu, komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Məlumata əsasən, yaşayış binasının ərazidə yerləşdirilməsi, bina ətrafı torpaq sahəsinin ölçüləri, mərtəbələrin sayı ərazi planlaşdırma sənədlərinin (baş plan, müfəssəl plan) və şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələbləri əsasında müəyyən olunur.

Yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.