CƏMİYYƏT


Yaşayış binasında baş vermiş yanğın zamanı 14 sakin təxliyə olunub

Bakı, 8 oktyabr, AZƏRTAC 

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.