İQTİSADİYYAT
“Yaşayış evlərinin və mənzillərin icbari sığortası” mövzusunda müsabiqə başa çatmışdır
Bakı, 19 iyul (AZƏRTAC). Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) jurnalistlər arasında “Yaşayış evlərinin və mənzillərin icbari sığortası” mövzusunda elan etdiyi məqalə müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.
ASA-dan AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə müsabiqəyə təqdim olunmuş 24 məqalə arasından seçilən qaliblər mükafatlandırılmışlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd əhali arasında yaşayış evlərinin və mənzillərin icbari sığortasının mahiyyətinin təbliği, o cümlədən bu sığorta növünün faydası barədə məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]