DÜNYA


Yaşayış qülləsi həm də ekoloji missiyanı daşıyacaq

Bakı, 22 avqust, AZƏRTAC 

Çin Xalq Respublikasının “Penda” arxitektura bürosunun memarları yeni yaşayış qülləsinin-evinin layihəsini hazırlayıblar.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, ağac modullardan hazırlanmış evin hündürlüyü 62 metr olmaqla 18 mərtəbəlidir. Yaşayış sahəsi 4500 kvadratmetr təşkil edən evin hər mənzilində geniş eyvan var ki, burada kiçik bağça salmaq mümkündür.

Arxitektorların fikrincə, bağçada yetişdirilən bitkilər sakinlərə estetik zövq verməklə yanaşı, ətrafdakı havanın temperaturunu da nizamlaya bilər.

Ekoloji cəhətdən təmiz olan bu cür yaşayış binaları isə iri sənaye şəhərlərində tikilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.