Yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi öhdəliyi necə tənzimlənir?
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Vergi ödəyicisi olan şəxs özünə məxsus evini hüquqi şəxsə satırsa, elektron qaimə-faktura təqdim etməlidirmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.
Vergi Məcəlləsinə əsasən göstərilir ki, malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.
Sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.
Xəbərin mətnində orfoqrafik səhv var