CƏMİYYƏT


Yaşayış yeri olmayan qadın Sosial Sığınacağa yerləşdirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yaşayış yeri olmayan qadın Bakıda Sosial Sığınacağa yerləşdirilib.

Daimi yaşayış yeri olmayan 66 yaşlı Abasova Zivər Teymur qızı paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşları məlumatı alan kimi onu gecələdiyi yerdən götürərək Sosial Sığınacağa aparıblar.

Kimsəsiz qadın burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunub və o, bundan sonra dövlət himayəsində yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.