İQTİSADİYYAT


Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun altıncı iclası keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda strategiya layihəsinin alt İşçi Qrupu tərəfindən hazırlanmış “Yaşıl enerji məkanı”na dair hissəsinin və Tədbirlər Planının İqtisadiyyat Nazirliyində yaradılmış Katibliyə təqdim olunduğu və Katiblik tərəfindən sənədin ümumi layihəsinə daxil edildiyi bildirilib.

İclasda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi təqdimat şəklində nümayiş etdirilib, sənədin müvafiq bəndləri nəzərdən keçirilib, qrup üzvlərinin münasibəti dinlənilib. Ümumilikdə son təkliflər nəzərə alınmaqla alt İşçi Qrupu tərəfindən Strategiya layihəsinin qəbulu məqsədəmüvafiq hesab olunub və müvafiq rəyin Katibliyə təqdim edilməsinə dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.