Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl enerji və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov dünyada və ölkəmizdə bərpa olunan alternativ enerji mənbələrinə keçidin prioritet olduğunu, “yaşıl enerji” və ətraf mühit məsələlərinin, resurslardan səmərəli istifadənin son zamanlar xüsusi aktuallıq kəsb etdiyini, tədbirin bu sahədə biznes potensialının və sahibkarların çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Bu məqsədlə hazırlanmış qanun layihəsi ilə bağlı biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. “Yaşıl enerji” sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artıb. Hazırda icrası davam edən layihələr çərçivəsində alternativ mənbələrdən istifadə daha da artacaq”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur.

O qeyd edib ki, enerji mənbələrinin bu şəkildə şaxələndirilməsi ilə daha davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı təcrübələrinə nail olmaq mümkündür. Bununla yanaşı, Qarabağın sıfır netto emissiya prinsipləri əsasında yenidən qurulması layihəsi və su idarəçiliyində “yaşıl enerji”dən istifadə etməklə Azərbaycan regionun inkişafına liderlik edə bilər: “Bizim suvarma üçün günəş və külək enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimallaşdırmaq və ətraf mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq imkanımız var”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarları dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, KOBİA alternativ enerji sahəsində bir sıra layihələrə qrant ayırıb. Sahibkarlar üçün mütəmadi olaraq “Yaşıl iqtisadiyyatın təşviqi”nə dair təlimlər təşkil edilir, sərgilərdə müvafiq sahədə fəaliyət göstərən sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi dəstəklənir: “ Aidiyyəti dövlət qurumları və assosiasiyalar sahibkarlarla birgə ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası istiqamətində təşviq tədbirlərini davam etdirməlidir. Müəssisələrdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə dair birgə tədbirlər görülməlidir. Müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən “ağıllı texnologiyalar”dan istifadə etməklə səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır”.

Müzakirədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, “yaşıl artım” və “yaşıl iqtisadiyyat” kimi hədəflər Azərbaycan iş adamları qarşısında yeni çağırışlar qoyur və konfederasiyanın üzvü olan şirkətlərin bu sahədə texnoloji inkişafa qoyduqları sərmayələr, təşəbbüskarlıq təqdirəlayiqdir.

Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müvafiq sahədə agentlik tərəfindən görülən tədbirlər və perspektiv planlar barədə fikirlərini bölüşüb.

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Naxçıvanda imzalanan sənədlər vahid strateji planın ayrı-ayrı hissələrini birləşdirən həlqədir - RƏY

Azərbaycan paracüdoçusu Bakıda keçirilən Qran-Pridə bürünc medal qazanıb

Xankəndiyə yanacaq daşıyan daha iki avtomobil göndərilib

Moldova parlamentinin sədri Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb

Zəfər zirvəsinə yüksələn qəhrəmanlar – Xətai rayonunda tədbir

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb YENİLƏNİB

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

ARDNF-nin icraçı direktoru İspaniyada Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Oğuzda narkotik satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb VİDEO

UNEC-də Türk ədəbiyyatı adları lüğətinin təqdimatı olub

UEFA Superkuboku uğrunda növbəti oyunun yeri bəlli olub

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Gürcüstan mediasının diqqət mərkəzində

DYP Anım Günü ilə bağlı müraciət edib

Ucqar kəndlərdən olan məktəbli qızlar üçün sosial ekskursiya təşkil edilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib

UEFA-ya yeni vitse-prezident təyin olunub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib

Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb

Aşqarlar Kimyası İnstitutunda tədbir: Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Sumqayıt Tibb Mərkəzində Vətən müharibəsi qəhrəmanları anılıb

Qeyri-dəqiq məlumatlar insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər

Zaqatalada şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar

BDU-da “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qubada hüquqşünaslar maarifləndirici təlimlərə cəlb olunublar

Səfir Viktoriya Romero: Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir

® Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?

TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bu il Bakıda ICESCO-nun Regional ofisi açılacaq

Hamburqdakı azərbaycanlılar Ermənistanın terrorçu siyasəti ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

® “Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verdi

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib YENİLƏNİB

Çexiyanın enerji nümayəndələri təcrübələrini AERA-nın mütəxəssisləri ilə bölüşüblər

Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı məsələni müzakirə ediblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb

Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

Sentyabrın 26-na USD/AZN rəsmi məzənnəsi

Rusiyalı alim: Ermənistanda “miatsum” ideyasına kütləvi dəstək yoxdur

İlahiyyat İnstitutunda Anım Gününə həsr olunan film nümayiş etdirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur VİDEO

ASAN könüllülərindən növbəti sosial təşəbbüs

Botanika İnstitutu Belarus Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb VİDEO

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Quba TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib

Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib

Bərdədə yaşayış binasında partlayış olub

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub

UNEC-in rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

DGK sədri Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ölkəmizdə spinal muskulyar atrofiyadan əziyyət çəkənlərin problemləri müzakirə olunub

BDU EIFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib

® “Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Cavid Qurbanov Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək

Avqustda bankların kredit portfeli artıb

Qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkət əməkdaşları üçün təlim keçiriləcək

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,5 milyon dollar təşkil edib

QHT nümayəndələri Anım Günü ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Quba alması bağdan neçəyə satılır? VİDEO

Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!”

İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var VİDEO

Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi strateji xarakter daşıyır və region dövlətlərinin iqtisadi maraqlarına cavab verir

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini: TDT dövlətləri Türk İnvestisiya Fondunun potensialından istifadə etməlidir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib

Minadan zərərçəkən: Zərərsizləşdirilməyən hər mina təhlükə mənbəyidir

Anım Günü ərəfəsində “Zəfər zirvəsi”nə yürüşə çıxıblar

Azər Bağırov: Yayda bəzi klublar Türkiyədə hazırlaşanda biz Bakıda yoxlama məşqləri edirdik

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

TDT-yə daxil olan ölkələr arasında həyata keçirilən ixracın dəyəri 33 milyard ABŞ dolları olub

İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir

Botanika İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Natalya Jukova: “Nine Senses Fest” ruh, bədən və ağıl istiqamətləri arasında təcrübələr festivalıdır

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi VİDEO

® “AccessBank” ABŞ bankı ilə pul köçürmə xidmətini genişləndirir

Məktəblərdə tərbiyə işinin metodikasına dair vəsait çap olunub