İQTİSADİYYAT


“Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda vebinar keçiriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Energetika Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) tərəfindən “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar keçiriləcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vebinarda BOEMDA-nın direktoru Təbriz Əmmayev tərəfindən ölkəmizin bərpa olunan enerji potensialı və ondan istifadə imkanları, bərpa olunan enerji növləri və texnologiyaları, onların ətraf mühitə və ekologiyaya təsiri, bərpa olunan enerji stansiyalarının fəaliyyəti, günəş, külək və ya digər bərpa olunan enerji mənbələri üzrə həyata keçiriləcək pilot layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı konsepsiyanın hazırlanması istiqamətdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və tənzimlənməsi, qanunvericilik bazasının formalaşdırılması sahəsində aparılan islahatlar, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri və beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər sentyabrın 16-da saat 20:00-da Agentliyin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə seminara qatıla bilərlər: https://bit.ly/3tt4Lp2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.