ELM VƏ TƏHSİL
“Yaşıl gələcək naminə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 23 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 10-15 yaşlı uşaqlar arasında “Yaşıl gələcək naminə” mövzusunda fotomüsabiqə keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, 25 məktəbi əhatə edən müsabiqədə birinci yerə Məhəmməd İslamov, ikinci yerə Bəyim Hüseynzadə, üçüncü yerə Fərid Əliyev layiq görülüblər.
Müsabiqədə fərqlənən 25 fotonun müəllifləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblərə mükafatları Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisində Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard təqdim edib.
Müsabiqə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 25 illiyi münasibətilə təşkil olunub.