İQTİSADİYYAT


“Yaşıl iqtisadiyyatın təşviqi” mövzusunda təlim keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 23-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Yaşıl iqtisadiyyatın təşviqi” mövzusunda təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Ruslan Qədirov Dayanıqlı inkişaf və “Yaşıl iqtisadiyyat” nədir; “Yaşıl iqtisadiyyatın” əsas sektorları; “Eko-biznes” üçün potensial istiqamətlər; “Eko-biznes"in alətləri: eko-innovasiya, enerji səmərəliliyi, orqanik kənd təsərrüfatı, eko-sistem üzrə xidmətlər və sair mövzularında məruzə edəcək.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya “[email protected]” elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Təlim ödənişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.