CƏMİYYƏT


“Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı layihəsinin onlayn müzakirəsi olub

Bakı, 7 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin “Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı layihəsinin onlayn ictimai müzakirəsi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ETSN yanında İctimai Şuranın və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə proqram layihəsində əks olunan kənd təsərrüfatı fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsi məsələləri müzakirə olunub.

Onlayn görüşdə proqram layihəsi ilə bağlı iştirakçıların səsləndirdiyi fikirlər dinlənilib, rəy və təkliflərin nəzərə alınması qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.