CƏMİYYƏT


Yaşıl qəhvəni gündə 2 fincandan çox qəbul etmək olmaz

Yaşıl qəhvəni gündə 2 fincandan çox qəbul etmək olmaz

Bakı, 5 dekabr, AZƏRTAC

Yaşıl qəhvənin dadı kimi xüsusiyyətləri də fərqlidir. Yaşıl qəhvə qovrulmayan, təbii, çiy dənələrdən hazırlanır. Buna baxmayaraq qara qəhvə kimi dəmlənilir. Əvvəllər onu əldə etmək çətin olsa da, indi daha asan tapmaq mümkündür.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, hazırda dünya bazarında yaşıl qəhvənin zəncəfilli, limonlu və sadə çeşidləri mövcuddur. Yaşıl qəhvənin dənə və üyüdülmüş forması var. Dənli formadan ən çox saç maskalarında və pilinq formasında istifadə olunur. Bəzən onu qaynadaraq suyundan arıqlamaq məqsədilə istifadə edirlər.

Yaşıl qəhvədən hazırlanan içkinin əsas faydalı xüsusiyyətlərindən biri qara qəhvədən fərqli olaraq yüksək temperaturda emal olunmaması və tərkibində xloregen turşusu saxlamasıdır. Araşdırmalar göstərir ki, həmin turşunun arıqladıcı təsiri var. Bəzən gün ərzində 6-7 fincan yaşıl qəhvə içmək daha tez artıq çəkidən azad olmağa kömək etdiyini düşünürlər. Lakin bu halda başqa problemlər meydana çıxa bilər.

Yaşıl qəhvə antioksidantlarla zəngindir, kofeinin çoxluğu nəbz sayını artıraraq ürək-qan damar sistemi və qaraciyər xəstəliklərinin profilaktikasında, hətta artıq çəki zamanı rasiona əlavə edilir. Gündəlik tövsiyə olunan norma 2 fincanı keçməməkdir. Sağlam qidalanan, fiziki aktivliyi normal olan və gün ərzində 2-2,5 litr su qəbul edənlər onu rasiona əlavə edərək artıq çəkidən xilas ola bilərlər. Yüksək təzyiq, oynaq ağrıları və yuxu problemi zamanı artıq miqdarda istifadə edilməsi tövsiyə olunmur.

Yaşıl qəhvənin səhər və axşam-gündə iki dəfə yeməkdən yarım saat əvvəl içmək lazımdır. Mütəmadi istifadə zamanı isə mütləq gün ərzində bol maye qəbul edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.