İQTİSADİYYAT


“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Bakı, 31 mart, AZƏRTAC

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib.

İclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin ölkəmizin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib. Tədbirdə “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif edilən strateji yanaşmalar barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.