CƏMİYYƏT


Yaşıl soğanın qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var

Bakı, 29 noyabr, AZƏRTAC

Güc, cəsarət və enerji verdiyinə görə, yaşıl soğanı lap qədim zamanlardan döyüşçülərin qidasına əlavə edirdilər. Onun qoxusu da xəstəlikləri qovmaq xüsusiyyətinə malikdir. Böyük loğman İbn Sina deyirdi: “Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir, tərkibində uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyaları, hətta göbələyi də zərərsizləşdirir”.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, soğanın təzadlı xüsusiyyəti var: az yeyiləndə bir neçə saat içərisində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır.

Gündəlik qida rasionunda ondan istifadə edənlərdə sellülit, çiban, səpgilər, damarların varikoz genişlənməsi, dəri çatları kimi hallar, demək olar ki, müşahidə olunmur.

Salatların hazırlanmasında geniş istifadə olunan yaşıl soğanın tərkibində olan C vitamini qanda şəkərin miqdarını aşağı salır. Ona görə də diabet xəstələri soğandan çox istifadə etməlidir.

Kökəlmək və çəki artırmaq üçün kərə yağında qızardılmış soğan yemək tövsiyə olunur. Kəskin mədə-bağırsaq yaralarında çiy soğan yemək olmaz, ondan yalnız bişmiş halda istifadə etmək məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.