REGİONLAR


Yaşıllaşan, gözəlləşən Sumqayıt

Sumqayıt, 4 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər parkında keçirilən növbəti ağacəkmə aksiyasında 250 meyvə tingi - badam, alma, armud, alça, əncir, yapon əzgili əkilib. Yeni ilin ilk iş gününü doğma şəhərin təmizliyi, gözəlliyi, sağlam hava mühitinə həsr edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların, təsərrüfat xidmətlərinin əməkdaşları tədbirdə həvəslə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin də böyük həvəslə iştirak etdiyi ağacəkmə aksiyasında gün ərzində şəhərin müxtəlif ərazilərində 1500-ə yaxın sərv və tuya ağacları əkilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, son 3 ildə 300 mindən çox ağac, 3 milyona yaxın dekorativ gül kolları əkilib. Park və xiyabanların, məhəllə və mikrorayonların yaşıllaşdırılması məqsədilə payız mövsümündə isə 25 min ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.