CƏMİYYƏT


”Yaşıllığı sevirəm” layihəsi təbiət gözəlliyini şəhərə gətirəcək

Bakı, 27 aprel, AZƏRTAC

Yaşıllıq insanların əhval-ruhiyyəsini yaxşılaşdırır, onların işgüzarlıq keyfiyyətini artırır, sağlamlıq və gümrahlığa xidmət edir. İnsanın yaşadığı mühitdən asılı olmayaraq yaşıl təbiətlə təmas onun üçün vacib ehtiyaca çevrilir. Yaşıllıqlar həm də xüsusən böyük şəhərlərdə təmiz havanın təminatıdır bu səbəbdən salınan yaşıl parkları şəhərlərin “ağ ciyəri” adlandırırlar və onun artırılması çox mühüm məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ən böyük və həyata keçirdiyi korporativ sosial məsuliyyət aktivlikləri ilə ən nümunəvi tikinti şirkətlərindən biri olan “Melissa Group” məhz bu faydalı və gərəkli işlə məşğul olur. Şəhər həyatı insanları yaşıllıqdan uzaqlaşdırsa da, “Melissa Group” tikintisini həyata keçirdiyi bütün layihələrində avtomobilsiz, yaşıl park ərazilərinin salınması ilə sakinlərin sağlamlığını düşündüyünü və yaşıllığa verdiyi dəyəri əyani şəkildə nümayiş etdirir.

Şirkət “Sağlam gələcəyimizin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” şüarı ilə yaşıllıqların qorunmasına dair çoxlu layihələr həyata keçirir. Belə layihələrdən daha biri isə “Yaşıllığı sevirəm” korporativ sosial məsuliyyət layihəsidir.

Paytaxtımız elə bir sənaye mərkəzidir ki, burada neft, qaz və digər sənaye sahələri inkişaf edib və onların tullantıları atmosferi çirkləndirir. Bir ağacın ətrafa verdiyi oksigenlə eyni vaxtda neçə-neçə insan nəfəs alır. Bu isə yaşıllaşdırma işlərinin genişləndirilməsini tələb edir. Ona görə də şəhərdə təbiət ab-havasını saxlamaq, yaşıllıqları qorumaq sahəsində tikinti şirkətlərinin üzərinə böyük yük düşür. Həmin məsuliyyəti dərk edən “Melissa Group” yaşıllaşdırma işlərinə böyük əhəmiyyət verir, daha çox ağac əkilməsi və yaşıl zona salınması qayğısına qalır.

Layihənin əsasını hər birinin içərisində tumurcuqlar olan “eko qələmlər” təşkil edir. “Melissa” sakinləri və təşəbbüskarlar üçün nəzərdə tutulmuş bu qələmləri “Melissa Group” satış mərkəzlərindən götürərək siz də bu tumurcuqları təlimat üzrə yetişdirərək ağac olmasında dəstək olub, daha çox yaşıllığın salınmasında iştirak edə bilərsiniz. Layihənin əsas məqsədlərindən biri “Melissa” sakinlərin timsalında ölkəmizdə təbiətin yaşıllaşdırılması ilə bağlı fikirlərin aşılanması və cəmiyyətimizin korporativ layihələrdə aktiv iştirak etməsini təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.