Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016 cı il 17 mart tarixli 841 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 841 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd üzrə:

1.1. “7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla),” sözləri çıxarılsın;

1.2. “işlər” sözündən sonra “, habelə yaşıllıqların uçotu və monitorinqi” sözləri əlavə edilsin;

1.3. “maddələrində” sözü (birinci halda) “maddəsində” sözü ilə əvəz edilsin;

1.4. “digər torpaq sahələrinə” sözlərindən sonra “(bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 1.3-cü bənddə “uçotu, kadastrı və monitorinqi” sözləri “kadastrı” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin