CƏMİYYƏT


Yaşlı ananın böyrəyinin oğluna transplantasiyası uğurla həyata keçirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Ana böyrəyini oğluna bağışlayıb. Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi altında həyata keçirilib.

Rəşad Şolan AZƏRTAC-a bildirib ki, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub: “Ümumiyyətlə, dünya transplantologiya təcrübəsində donorluq öz həllini tapmayan problemlərdəndir. Qohumlar arasında uyğun donor tapılana kimi bir neçə namizədin sağlamlıq və uyğunluq vəziyyətinin yoxlanılması lazım olur. İndiki halda resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskin də öhdəsindən gəldik və əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazılıblar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.