CƏMİYYƏT


Yaşlı insanlarda neyrocərrahi, ortopedik xəstəliklər və onların xüsusiyyətləri müzakirə edilib

Bakı, 21 may, AZƏRTAC

İsrailin Ben-Quriona Universitetinin və Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının birgə iştirakı ilə seminar keçirilib. Tədbir ATU-nun Tədris-Cərrahiyyə Klinikasında baş tutub.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən bildiriblər.

İki gün davam edən seminar universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov tərəfindən açılıb. Prorektor İsrail universitetinin ATU ilə uzunmüddətli əməkdaşlığının tarixindən söhbət açaraq, hər iki ali təhsil və tibb müəssisəsinin bir sıra mötəbər tədbirlər keçirdiyini qeyd edib. O, bugünkü tədbirin əsas mövzusunun yaşlı insanlarda neyrocərrahi, ortopedik xəstəliklər və onların xüsusiyyətləri ilə bağlı olduğunu bildirib.

Tədbir Aleks Gefterin “Yaşlı xəstələrdə onurğa sütunu cərrahiyyəsi”, İsrael Melamedin “Yaşı 70-dən yuxarı olan xəstələrdə neyrocərrahi müdaxilələr”, ATU-nun Neyrocərrahiyyə kafedrasının rezidenti Səbuhi Etibarlının “Osteoproz və vertebroplastika” mövzularında məruzələri dinlənilib.

Növbəti gün seminar öz işini “Yaşlı insanlarda demensiya”, “İsraildə ambulator geriatrik yardımın təşkili”, “ATU-nun Tədris Terapevtik Klinikasında geriatrik pasiyentlərin statistik göstəriciləri” mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, məruzəçilərdən Aleks Gefler ilə Yan Press əslən Bakıdandırlar. İsrailin nüfuzlu univeristetlərindən hesab olunan Ben-Qurion ilə ATU arasında əməkdaşlığın genişlənməsi məhz onların sayəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.