DÜNYA


“Yasnaya polyana” ədəbi mükafatının laureatının adı açıqlanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

“Yasnaya polyana” ədəbi mükafatının laureatının adı məlum olub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mükafata “Müasir rus nəsri” kateqoriyasında ən yaxşı əsər görə yazıçı Andrey Rubanovanın “Vətənpərvər” romanı layiq görülüb. Müəllif bu əsərə görə üç milyon rubl alacaq.

Mükafatın “Hadisə” nominasiyası üzrə qalibi “LiteraTula” uşaq kitab festivalı olub.

Xatırladaq ki, bu yaxınlarda ədəbi mükafatın “Xarici ədəbiyyat” nominasiyası üzrə qalibinin adı açıqlanıb. Həmin kateqoriyada qalib Nobel mükafatı laureatı, yazıçı Maria Varqas Lyosa “Təvazökar qəhrəman” kitabına görə elan edilib. Yazıçı Latın Amerikasının klassiklərindən hesab olunur. Onun “Təvazökar qəhrəman” kitabı 20 dilə tərcümə olunub, ondan çox ölkədə bestsellərə çevrilib.

Qeyd edək ki, keçən il bu mükafata Orxan Pamuk layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.