MƏDƏNİYYƏT


“Yatmış gözəl” baleti Primoryedə Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 18-19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim olunacaq. Səhnə əsərinin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr ediləcək.

Baletin Primorye səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.

Bakıda anadan olan Eldar Əliyev Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.